Fənn haqqında
Kredit
5
İş yükü
90saat
Semestr
Payız
Tədris ili
4
Fənnin təsviri
Fənn tələbələrdə proqram təminatının hazırlanması prosesində təhlükəsizlik prinsiplərinin tətbiqi və təhlükəsiz kodlaşdırma üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində ilkin koddan qaynaqlanan təhlükəsizlik zəifliklərinin yaranma səbəbləri, istismar üsulları və onların qarşısının alınması mexanizmləri öyrənilir. Tələbələr `buffer overflow`, `format string`, SQL inyeksiyası, XSS və digər tipik proqram təminatı zəifliklərini, eləcə də SEI CERT təhlükəsiz kodlaşdırma standartlarını araşdırırlar. Təhlükəsiz autentifikasiya və sessiya idarəetməsi, kriptoqrafik API-lərdən düzgün istifadə və kod auditinin əsas prinsipləri nəzərdən keçirilir. Proqram təminatının yaradılmasından istismarına qədər bütün həyat dövrü ərzində təhlükəsizlik tələblərinin tətbiqi, həmçinin statik (SAST) və dinamik (DAST) analiz üsulları öyrənilir. Fənn tələbələrdə laboratoriya mühitinin qurulması, OWASP Top 10 zəifliklərinin araşdırılması, kodun təhlükəsizlik baxımından təhlili və aşkar edilmiş zəifliklərin aradan qaldırılması bacarıqlarının formalaşdırılmasına yönəlmişdir.
Fənn təlim nəticələri
CLO 1: Proqram təminatı təhlükəsizliyinin nə olduğunu hansı səbəblərdən baş verdiyini anlayır.
CLO 2: Kompüterin yaddaşının quruluşunu, yaddaşın dolubdaşması, bu səbəbdən baş verən eksploitlərin necə çalışdığını anlayır.
CLO 3: Proqram təminatının arxitekturasının qurulması zamanı təhlükəsizlik aspektlərini nəzərə almağı, onların qarşısının alınması prinsiplərini bilir.
CLO 4: Proqram təminatı üzrə kod auditi avtomatlaşdırılmış dinamik və statik kod sınaqları üçün vasitələrdən istifadə etməyi bacarır.
CLO 5: Proqram təminatının qurulmasının bütün həyat dövrü ərzində təhlükəsizlik məsələlərinin vacibliyini, onun izlənilməsi prinsiplərini bilir.
CLO 6: Təhlükəsiz kod auditini yerinə yetirməyi bacarır. Dünyada ən çox rastgəlinən proqram təhlükəsizlik boşluqlarından məlumatlıdır.