Fənn · İnformasiya təhlükəsizliyi

Kriptoqrafiyanın əsasları

İF-2211y5 kreditYaz semestriMəcburi3

Fənn haqqında

Kredit

5

İş yükü

105saat

Semestr

Yaz

Tədris ili

3

Fənnin təsviri

Fənn tələbələrdə kriptoqrafiyanın nəzəri əsasları, müasir kriptoqrafik metod və alqoritmlər üzrə fundamental bilik və praktik bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində kriptoqrafiyanın yaranması və inkişaf tarixi, müasir informasiya təhlükəsizliyində rolu, aktuallığı, əsas tətbiq sahələri və mövcud problemləri öyrənilir. Kriptoqrafik mexanizmlərin məlumatların məxfiliyinin, bütövlüyünün və autentikliyinin təmin edilməsində rolu nəzərdən keçirilir. Ənənəvi və müasir şifrləmə üsulları, simmetrik, asimmetrik və hibrid kriptoqrafik yanaşmalar, blok və axın şifrləri, açıq açarlı kriptosistemlər və qabaqcıl kriptoqrafik alqoritmlərin əsas iş prinsipləri araşdırılır. Həmçinin kriptoqrafik alqoritmlərin təhlükəsizliyinin qiymətləndirilməsi və kriptoanalizi, autentifikasiyanın kriptoqrafik üsullarla təmin edilməsi, açarların idarə olunması və kriptoqrafik mexanizmlərin praktik sistemlərdə tətbiqi məsələləri öyrənilir. Fənn tələbələrdə müxtəlif kriptoqrafik metodları müqayisə etmək, konkret təhlükəsizlik tələblərinə uyğun kriptoqrafik yanaşmanı seçmək və onların praktiki tətbiq xüsusiyyətlərini qiymətləndirmək bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Klassik ve müasir kriptoqrafiya arasındakı fərqləri bilməli, klassik şifrlərin kriptoanalizi metodları ilə tanış olmalıdır. Simmetrik ve asimmetrik şifrləmə sistemlərinin fərqlərini bilməlidir.

  2. CLO 2: İnformasiya təhlükəsizliyi prinsiplərindən konfidensiallıq və tamlığın, o cümlədən autentikasiya və inkar edilməmə prinsiplərinin kriptoqrafik üsullarla necə təmin olunduğunu bilməlidir.

  3. CLO 3: Blok şifrlər və axın şifrlər arasındakı fərqləri, onlara uyğun alqoritmlər və bu alqoritmlərin tətbiq sahələrini bilməlidir.

  4. CLO 4: Açıq açarlı şifrlərlə əlaqəli alqoritmləri, onlarin tətbiqlərini bilməlidir. Açıq açar infrastrukturu haqda məlumatlı olmalıdır.

  5. CLO 5: Heş funksiyalarının xususiyyətlərini bilməli onlardan istifadə edilərək tamlığın necə təmin edildiyini və rəqəmsal imzalardakı mahiyyətini bilməlidir.

  6. CLO 6: Qabaqcıl kriptoqrafik protokolları və onların tətbiqlərini bilməlidir.