Fənn · İnformasiya təhlükəsizliyi

Veb təhlükəsizlik

İF-2205y5 kreditYaz semestriMəcburi2

Fənn haqqında

Kredit

5

İş yükü

90saat

Semestr

Yaz

Tədris ili

2

Fənnin təsviri

Fənn veb tətbiqlərin və veb xidmətlərin işləmə prinsiplərini, brauzer tərəfindən vizuallaşdırılmasını və serverlə qarşılıqlı əlaqə mexanizmlərini əhatə edir. Fənn çərçivəsində veb tətbiqlərdə geniş yayılmış təhlükəsizlik zəifliklərinin yaranma səbəbləri, aşkarlanması və istismar üsulları öyrənilir. Tələbələr müxtəlif veb hücumlarını, bu hücumlarda istifadə olunan üsul və vasitələri, eləcə də müvafiq əks tədbirləri nəzəri və praktiki şəkildə mənimsəyirlər. Tədris prosesində veb tətbiq zəifliklərinin aradan qaldırılması və təhlükəsizliyin təmin olunması üzrə qabaqcıl yanaşmalara xüsusi diqqət yetirilir. Laboratoriya işləri vasitəsilə tələbələr veb tətbiqlərin təhlükəsizlik qiymətləndirilməsi, zəifliklərin istismarı və müvafiq müdafiə tədbirlərinin tətbiqi üzrə praktiki bacarıqlar əldə edirlər. Tədrisin sonunda tələbələr veb tətbiqlərdə təhlükəsizlik risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların aradan qaldırılması üçün uyğun təhlükəsizlik tədbirlərini tətbiq etmək bacarığına yiyələnirlər.

Fənn təlim nəticələri

  1. CLO 1: Veb brauzerlərin iş prinsiplərini, veb tətbiqlərin layihələndirilməsi, yaradılması və istismarı qaydalarını bilməlidir.

  2. CLO 2: Müasir texnologiyalardan istifadə edərək təhlükəsiz veb səhifələr hazırlamağı bacarır. HTML, CSS, JavaScript kimi texnologiyaları bilməlidir.

  3. CLO 3: HTTP protokolunun necə çalışdığını bilir. SSL sertifikatlarının necə çalışdığını və veb səhifələrin təhlükəsizliyini necə qoruduğunu bilir.

  4. CLO 4: Veb saytlarda hücumların təbiəti haqqında məlumatlıdır.

  5. CLO 5: REST və GraphQL kimi veb xidmətlərin necə çalışdığını bilir.

  6. CLO 6: OWASP Top 10 təhlükəsizlik zəiflikləri ilə tanışdır, o siyahıları müəyyənləşdirməyi, onların qarşısının alınması mexanizmlərini bacarır.