Fənn haqqında
Kredit
6
İş yükü
120saat
Semestr
Payız
Tədris ili
1
Fənnin təsviri
Fənn tələbələrdə proqramlaşdırmanın əsas anlayışları və prinsipləri üzrə nəzəri biliklərin və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində verilənlərin tipləri, şərt və dövr operatorları, massivlər, göstəricilər, funksiyalar, rekursiya və strukturlar öyrənilir. Tələbələr sinif və obyekt anlayışları, eləcə də obyektyönlü proqramlaşdırmanın əsas prinsipləri ilə tanış olurlar. Data strukturları və alqoritmlərin tətbiqi, onların çalışma müddəti və yaddaş istifadəsinin təhlili fənnin əsas istiqamətləri sırasındadır. Həmçinin proqramlaşdırma mühitlərindən istifadə, proqramların kompilyasiyası, xətaların aşkarlanması, kodun test edilməsi və versiyaların idarə olunması üzrə bacarıqlar formalaşdırılır. Fənn əldə olunan biliklərin müxtəlif strukturlu məlumatların emalı, təhlili və müəyyən tapşırıqların avtomatlaşdırılması kimi praktiki məsələlərin həllində tətbiqinə yönəlmişdir.
Fənn təlim nəticələri
CLO 1: Hər hansı bir proqramlaşdırma dilində sərbəst olaraq proqram yazmağı bacarır, proqramlaşdırmada şərt, dövr, funksiya, obyekt, sinif anlayışlarını bilir. Verilənlərin tiplərini, onların yaddaşda necə yerləşdiyini anlayır. Kompilyasiya prosesi, baytkod maşın kodunun nə olduğunu anlayır.
CLO 2: Massiv, Əlaqəli siyahılar (LinkedList), stek, növbə, qraf, ağac kimi data strukturlarını, həmin data strukturları üzərində klassik alqoritmləri bilir, sadalanan data strukturları və alqoritmləri hər hansı bir proqramlaşdırma dilində yerinə yetirməyi bacarır.
CLO 3: Alqoritmlərin çalışma müddətini və istifadə etdiyi yaddaşı analiz edə bilir. Sistemin imkanları və məhdudiyyətlərini nəzərə alaraq hansı alqoritmın tətbiq edilməsinə dair doğru qərarları verməyi bacarır.
CLO 4: Proqramların peşəkar şəkildə yazılması üçün istifadə olunan mühitlərdən biri ilə tanışdır, o mühitdə proqramın kompilyasiya olunması, "debug" prosesi, proqram kodlarının versiyalarının idarəolunmasını (məsələn, "git" sistemi ilə) bacarır.
CLO 5: Proqram modullarının test olunması üsullarını bilir, test ssenarilərinin yazılmasını bacarır. Proqramların oxunaqlığı və keyfiyyət meyarları barədə məlumatlı olmalıdır.
CLO 6: Öyrənilən biliklərdən istifadə edərək, fərqli fayl formatları arasında çeviricilər, müxtəlif parserlər, loqların təhlili üçün proqramların tərtib edilməsini, fərqli sistemlərin interfeyslərini istifadə etməklə məlumatların hasilatini bacarmalıdır.