Fənn · Beynəlxalq ticarət və logistika

Mülki müdafiəMövzu planı

if-3061-beytic3 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

24 mövzu
  1. 1. Mülki müdafiənin əsasları

    Mühazirə

    “Mülki müdafiə haqqında” AR qanununun əsas müddəaları. Mülki müdafiənin strateji məqsədləri və vəzifələri. Dövlət təhlükəsizlik və risk idarəetmə sistemində MM-in rolu FH-da MM-nin idarəetməi prinsipləri

    Mənbəyə keç: Mülki müdafiənin əsasları (yeni pəncərədə açılır)
  2. 2. MM qüvvələri: peşəkar, könüllü və hərbiləşdirilməmiş dəstələr.

    Mühazirə

    Mülki müdafiə qüvvələrinin strukturu və idarəetmə səviyyələri. Peşəkar xilasedici bölmələr və onların funksiyaları. Könüllü mülki müdafiə formalaşmaları və icma əsaslı iştirak. Hərbiləşdirilməmiş dəstələrin tərkibi, vəzifələri və fəaliyyət istiqamətləri. Fövqəladə hallarda qüvvələrin qarşılıqlı fəaliyyəti və koordinasiya mexanizmləri

    Mənbəyə keç: MM qüvvələri: peşəkar, könüllü və hərbiləşdirilməmiş dəstələr. (yeni pəncərədə açılır)
  3. 3. Fövqəladə hallar və onların xarakteristikası

    Mühazirə

    FH anlayışı və təsnifatı.Texnogen xarakterli FH və təsnifatı. Radiasiya təhlükəli obyektlər və müasir nümunələr. Şüalanma dozası, doza gücü və təsirlər. İonlaşdırıcı şüalar: mənbələr və təsir mexanizmi. AES qəzaları və radioaktiv çirklənmə ssenariləri. Kimyəvi təhlükəli obyektlər və maddələr. Partlayış, yanğın təhlükəli qəzalar, onların idarə olunması

    Mənbəyə keç: Fövqəladə hallar və onların xarakteristikası (yeni pəncərədə açılır)
  4. 4. Hərbi xarakterli fövqəladə hallar.

    Mühazirə

    Müasir hərbi təhlükələr və hibrid risklər. Nüvə silahı və zədələyici amilləri. Kimyəvi silah və təsir xüsusiyyətləri. Bioloji (bakterioloji) silah. Adi qırğın vasitələri. Hərbi xarakterli fövqəladə halların əhali və infrastruktur üçün nəticələri

    Mənbəyə keç: Hərbi xarakterli fövqəladə hallar. (yeni pəncərədə açılır)
  5. 5. Təbii xarakterli fövqəladə hallar

    Mühazirə

    Zəlzələlər və seysmik risklər. Sel və daşqınlar. Torpaq sürüşmələri. Qasırğa, güclü külək, qar uçqunları. Quraqlıq və ekstremal temperatur hadisələri. İqlim dəyişmələrinin yaratdığı risklər

    Mənbəyə keç: Təbii xarakterli fövqəladə hallar (yeni pəncərədə açılır)
  6. 6. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.

    Mühazirə

    Fövqəladə hallarda istifadə olunan nəzarət və monitorinq cihazlarının rolu. Radiasiya, kimyəvi və toksik mühitin operativ qiymətləndirilməsi prinsipləri. Müasir mülki müdafiə və fövqəladə hallar xidmətlərində istifadə olunan cihazlar

    Mənbəyə keç: FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi. (yeni pəncərədə açılır)
  7. 7. FH-da əhalinin mühafizəsinin əsasları.

    Mühazirə

    FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. MM-in vahid xəbərdarlıq siqnalları (CELL BROADCAST sisteminin iş prinsipi) .Sənaye obyektlərinin personalının, MM dəstələrinin şəxsi heyəti və işləməyən əhalinin FH-a hazırlanması

    Mənbəyə keç: FH-da əhalinin mühafizəsinin əsasları. (yeni pəncərədə açılır)
  8. 8. The restoration of independent statehood traditions in Azerbaijan (9th – early 12th centuries).

    Mühazirə

    This topic covers the political activities of the local dynasties that came to power in Azerbaijan during the ninth to eleventh centuries and the process of state-building. It examines the measures taken by local rulers to resist foreign invaders and safeguard the country’s independence. The topic also analyzes the development of public administration, the strengthening of the administrative system, and the organization of political authority. In addition, it explores the social, economic, political, and cultural life of the period, as well as the factors that influenced the development of statehood. Studying this topic is essential for understanding the restoration and evolution of Azerbaijan’s independent statehood traditions during the medieval period.

    Mövzu təlim nəticələri

    • • CLO2: Clarifies selected controversial issues in Azerbaijani history.
    • • CLO1: Explains the key characteristics of the main periods of Azerbaijani history.
    • • CLO4: Demonstrates the required basic knowledge and formulates independent views on course topics.
    • • CLO5:Relates Azerbaijan's ancient history to the modern era.
    • • CLO3: Develops an objective position on relevant historical issues.
    Mənbəyə keç: The restoration of independent statehood traditions in Azerbaijan (9th – early 12th centuries). (yeni pəncərədə açılır)
  9. 9. Mülki müdafiənin mühafizə qurğuları.

    Mühazirə

    MM-nin mühafizə qurğularının təyinatı və təsnifatı. Sığınacaqlar, onların təyinatı, təsnifatı, əsas və yardımçı təyinatlı otaqları, mühəndis-texniki avadanlıqları,iş rejimi

    Mənbəyə keç: Mülki müdafiənin mühafizə qurğuları. (yeni pəncərədə açılır)
  10. 10. Mülki müdafiənin mühafizə qurğuları

    Mühazirə

    Radiasiya əleyhinə daldanacaqlar (radiasiya daldanacaqları), onların təyinatı, təsnifatı, əsas və yardımçı otaqları, mühəndis-texniki avadanlıqları. Sadə daldanacaqlar, növləri və quruluşları. Mühafizə qurğularının sülh dövründə saxlanılma və istifadəsi

    Mənbəyə keç: Mülki müdafiənin mühafizə qurğuları (yeni pəncərədə açılır)
  11. 11. Yerüstü sistemlərdə radiorabitənin təşkili prinsipləri - Yerüstü sistemlərdə radioqəbulun prinsipləri (M)

    Mühazirə
    Mənbəyə keç: Yerüstü sistemlərdə radiorabitənin təşkili prinsipləri - Yerüstü sistemlərdə radioqəbulun prinsipləri (M) (yeni pəncərədə açılır)
  12. 12. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı

    Mühazirə

    Sənaye obyektlərinin işinin dayanıqlığının mahiyyəti, məzmunu. Obyektlərin işinin dayanıqlığının yüksədilməsi üçün görülən əsas tədbirlər

    Mənbəyə keç: FH-da sənaye obyektlərinin işinin dayanıqlığı (yeni pəncərədə açılır)
  13. 13. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması

    Mühazirə

    FH-da keçirilən xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) məqsəd,mahiyyət və tapşırıqları. X və DTİ təşkili və yerinə yetirilməsi. X və DTİ-nin keçirilməsi üçün cəlb olunan qüvvə və vəsaitlər

    Mənbəyə keç: Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması (yeni pəncərədə açılır)
  14. 14. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması

    Mühazirə

    FH-da X və DTİ-nin təşkili və keçirilməsində obyekt dəstə komandirinin işinin mahiyyəti, məzmunu və ardıcıllığı. Xüsusi təmizləmənin təşkili və həyata keçirilməsi. FH-da obyektlər və MM dəstələrinin fəaliyyətinin idarə olunması

    Mənbəyə keç: Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması (yeni pəncərədə açılır)
  15. 15. Fövqəladə hal baş verdikdə ilkin tibbi yardım

    Mühazirə

    Zədələnmələr zamanı ilk tibbi yardım

    Mənbəyə keç: Fövqəladə hal baş verdikdə ilkin tibbi yardım (yeni pəncərədə açılır)
  16. 16. Sənaye və infrastruktur obyektlərində mülki müdafiənin təşkili.

    Məşğələ

    Sənaye müəssisələrində mülki müdafiə sisteminin qurulması prinsipləri. Kritik infrastruktur obyektlərində risklərin idarə olunması yanaşmaları. Obyekt səviyyəsində mülki müdafiə planlaşdırılması və cavab mexanizmləri. Obyekt personalının hazırlığı və təlim sistemi. Texnogen risklərə qarşı mühəndis-texniki və təşkilati tədbirlər.

    Mənbəyə keç: Sənaye və infrastruktur obyektlərində mülki müdafiənin təşkili. (yeni pəncərədə açılır)
  17. 17. Təbii xarakterli fövqəladə hallar

    Məşğələ

    Təbii fəlakətlərin sosial-iqtisadi və ekoloji nəticələri.

    Mənbəyə keç: Təbii xarakterli fövqəladə hallar (yeni pəncərədə açılır)
  18. 18. Fərdi mühafizə vəsaitləri

    Məşğələ

    Fərdi mühafizə vəsaitləri istifadə qaydaları. Pambıq-tənzif sarğının hazırlanması, istifadəsi

    Mənbəyə keç: Fərdi mühafizə vəsaitləri (yeni pəncərədə açılır)
  19. 19. Mülki müdafiənin mühafizə qurğuları.

    Məşğələ

    Mühafizə qurğularının istifadəsi. Mühafizə qurğularının əhalinin qəbuluna hazırlanması. Mühafizə qurğularında əhalinin yerləşdirilməsi. Mühafizə qurğularında əhalinin davranış qaydaları

    Mənbəyə keç: Mülki müdafiənin mühafizə qurğuları. (yeni pəncərədə açılır)
  20. 20. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı

    Məşğələ

    Obyektin dayanıqlığına təsir edən amillər. Sənaye obyektlərinin dayanıqlığının tədqiqatının aparılması. Mülki müdafiənin mühəndis-texniki tədbirləri

    Mənbəyə keç: FH-da sənaye obyektlərinin işinin dayanıqlığı (yeni pəncərədə açılır)
  21. 21. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması

    Məşğələ

    Sənaye obyektlərində fövqəladə halların nəticələrinin aradan qaldırılması. Xüsusi təmizləmənin keçirilməsi. Qismi xüsusi təmizləmənin – dezaktivizasiyanın, deqazasiyanın və dezinfeksiyanın keçirilməsi.

    Mənbəyə keç: Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması (yeni pəncərədə açılır)
  22. 23. Состав и структура сетей связи. Их классификация. Архитектура сетей связи.

    Məşğələ
    Mənbəyə keç: Состав и структура сетей связи. Их классификация. Архитектура сетей связи. (yeni pəncərədə açılır)
  23. 24. Sərbəst iş

    Sərbəst iş

    Sərbəst işlər mülki müdafiənin hüquqi, təşkilati və praktiki əsaslarını, fövqəladə halların növlərini, risklərin qiymətləndirilməsi və idarə olunmasını, əhalinin və sənaye obyektlərinin mühafizəsini, fərdi və kollektiv mühafizə vasitələrini, köçürmə, xilasetmə və ilkin tibbi yardım tədbirlərini, eləcə də müasir texnologiyaların və beynəlxalq təcrübənin mülki müdafiə sahəsində tətbiqini əhatə edir. Mövzular fövqəladə hallara hazırlıq, təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və fövqəladə vəziyyətlərdə düzgün qərar qəbul etmə bacarıqlarının inkişafına yönəldilmişdir.

    Mənbəyə keç: Sərbəst iş (yeni pəncərədə açılır)