Bakalavr proqramı
Beynəlxalq ticarət və logistikaSəriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
Peşə səriştələri· 36
COMPETENCY-87283
İqtisadi nəzəriyyənin əsaslarını, müəssisə və fərd səviyyəsindəki davranışları, əsas sosial-iqtisadi göstəriciləri, problemləri və prosesləri bilmək; (PK-1)
COMPETENCY-65869
Fərqli rəqabət sistemlərindəki bazarların xüsusiyyətlərini, müxtəlif bazar tiplərində firmaların fəaliyyət mexanizmini, qarşılıqlı əlaqələrin fərqli ssenarilərini bilmək; (PK-2)
COMPETENCY-66865
Makroiqtisadi terminologiyanı tam şəkildə mənimsəmək, açıq iqtisadiyyatı təhlil edə bilmək və nəzəri modellərdən istifadə etməklə təkliflər irəli sürməyi bacarmaq; (PK-3)
COMPETENCY-40907
Riyazi üsullar, kəmiyyət və hesablama metodları üzrə bacarıqlara malik olmaq və bu üsul və metodlardan istifadə etməklə optimal qərarlar verə bilmək; (PK-4)
COMPETENCY-41151
İşində ümumi profilli və ixtisaslaşdırılmış proqram təminatından (Excel, Word, PowerPoint, Photoshop və ya analitik proqramlardan hər hansı biri ilə (SPSS, Stata, Python kimi proqramlarla) işləmək, sadə analizləri əməli bacarmaq; (PK-5)
COMPETENCY-17823
İqtisadi məlumatların təhlili və sistemləşdirilməsi üçün statistik biliklərə sahib olmaq, kəmiyyət və keyfiyyət məlumatlarını toplamaq, təhlil etmək və proqnozlaşdırmanı bacarmaq; (PK-6)
COMPETENCY-28633
İqtisadi məsələlərin empirik tədqiqində ortaya çıxan problemləri həll etmək üçün ekonometrik metodologiyanı öyrənmək və tətbiq edə bilmək; (PK-7)
COMPETENCY-11243
İdarəetmə və təşkilatla bağlı baza biliklərə yiyələnmək, ixtisas üzrə məlumatları analitik və sistematik şəkildə təhlil edə bilmək; (PK-8)
COMPETENCY-27115
Mühasibatın elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-9)
COMPETENCY-86028
Maliyyənin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-10)
COMPETENCY-13005
İqtisadiyyatı regional və sektorial olaraq təhlil etməyi bacarmaq, kənd təsərrüfatı, sənaye və xidmət sektorunun iqtisadi inkişafdakı rolunu və əhəmiyyətini bilmək, sahə üzrə yeni konseptləri şərh edə bilmək; (PK-11)
COMPETENCY-51129
Milli iqtisadiyyatın makroiqtisadi mənzərəsini, sosial-iqtisadi göstəricilərin dinamikasını, iqtisadi siyasətin əsas konturlarını bilmək, sektorial təhlil aparmağı bacarmaq; (PK-12)
COMPETENCY-71117
Marketinq fəaliyyətinin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərinə sahib olmaq; (PK-13)
COMPETENCY-63455
İdarəetmədəki və təşkilatdakı mövcud problemləri qavrama və həlli yollarını təklif etməklə bağlı biliklərə sahib olmaq; (PK-14)
COMPETENCY-84101
Biznesin idarə edilməsi üzrə müvafiq fəaliyyət və metodları təklif etmək və planlaşdırmaq, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmə bacarığına sahib olmaq; (PK-15)
COMPETENCY-35251
Karyera barədə ilkin anlayışları, karyera inkişaf fəaliyyətlərini, iş müsahibəsinə hazırlıq prosedurlarını və müsahibə texnikalarını bilmək, karyera yol xəritəsinin tərtib olunmasını və texnikalarını, iradə, motivasiya və pozitiv düşüncə, işgüzar etika, iş axtarma strategiyalarını, eləcə də iş üçün müraciət qaydalarını, peşəkar CV, rezüme, istək və tövsiyə məktublarının hazırlanmasını bacarmaq; (PK-16)
COMPETENCY-44973
Vaxtın effektiv idarə edilməsini, stress menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını bilmək, problem həll etmə və qərarvermə texnikalarına, nəticəlilik bacarıqlarına yiyələnmək; (PK-17)
COMPETENCY-80741
Layihələrin idarə edilməsində və digər çox istifadə olunan proqram təminatlarından istifadəni bacarmaq, iş həyatında şifahi və yazılı kommunikasiya vasitələrindən istifadə etməyi bacarmaq; (PK-18)
COMPETENCY-24473
Beynəlxalq iqtisadiyyat, milli iqtisadiyyatların beynəlxalq iqtisadiyyatda rolu, müxtəlif milli iqtisadiyyatların arasındakı qarşılıqlı münasibətlər, onların təkamülü və nəticələri haqqında biliklərə sahib olmaq. Müxtəlif ölkələrin iqtisadiyyatını müqayisəli şəkildə təhlil etməyi bacarmaq; (PK-19)
COMPETENCY-74787
Beynəlxalq iqtisadiyyat, beynəlxalq ticarət, beynəlxalq biznes, tədiyə balansı və beynəlxalq maliyyə ilə bağlı anlayışları bilmək; (PK-20)
COMPETENCY-79912
Biznesin əsasları, idarəetmə, istehsalın təşkili, təşkilati davranış, insan resurslarının idarəedilməsi, mühasibatlıq və maliyyə işlərinin təşkili, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində işin təşkili ilə bağlı baza biliklərə sahib olmaq; (PK-22)
COMPETENCY-49860
Biznes planının hazırlanması, biznesin qurulması və idarəedilməsi sahəsində işlərin təşkilini bacarmalıdır; (PK-23)
COMPETENCY-68156
Dünya ticarət sistemi, idxal, ixrac, gömrük fəaliyyəti kimi əməliyyatlara aid nəzəri biliklərə və onları istifadə etmək bacarığına sahib olmaq, o cümlədən beynəlxalq keyfiyyət sertifikatlaşdırılması ilə bağlı nəzəri və praktiki biliklərə sahib olmaq; (PK-24)
COMPETENCY-98976
Beynəlxalq idarəetmə və məhsul və xidmətlərin beynəlxalq bazarlarda satışının təşkili biliklərinə sahib olmaq. Ölkənin iqtisadi subyektlərinin xarici ticarət əlaqələrində yarana biləcək problemlərin həll edilməsini bacarmaq; (PK-25)
COMPETENCY-23247
Logistika, nəqliyyat-ekspedisiya, təchizat zəncirinin və anbar təsərrüfatının idarə edilməsinə dair təməl biliklərə malik olmaq; (PK-26)
COMPETENCY-93207
Yüklərin beynəlxalq təsnifatı, beynəlxalq daşımaların təşkili, o cümlədən iriqabaritli, ağırçəkili, təhlükəli, tezkorlanan yüklərin daşınması xüsusiyyətlərinə dair biliklərə sahib olmaq və bu sahədə əməliyyat risklərinin idarəedilməsi metodlarına yiyələnmək; (PK-27)
COMPETENCY-76943
Nəqliyyat, logistika və gömrük sahələri üzrə ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlər və müqavilələr haqqında biliklərə sahib olmaq; (PK-28)
COMPETENCY-31628
Beynəlxalq ticarət və logistika fəaliyyətini təhlil etməyi, qiymətləndirməyi və iqtisadi diaqnostikasının nəticələrini istifadə etməyi bacarmaq; (PK-29)
COMPETENCY-66825
Müxtəlif təşkilati-hüquqi formalı beynəlxalq ticarət və logistika təşkilatlarında mal və xidmətlərin ticarəti bölmələrinə, beynəlxalq nəqliyyatda yükdaşıma əməliyyatlarına, anbar təsərrüfatlarına, çeşidləmə, qablaşdırma və logistika strukturunun digər həlqələrinə rəhbərlik etməyi bacarmaq; (PK-30)
COMPETENCY-54670
Beynəlxalq ticarətin maliyyələşdirilməsi mexanizmini, risklərin idarəedilməsini, valyuta məsələlərini və hedcinq əməliyyatlarını bilmək; (PK-31)
COMPETENCY-95576
Beynəlxalq ticarət və logistika fəaliyyəti ilə bağlı məsələlərin həllində çevik qərarların qəbul edilməsinə və müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə ixtisasa uyğun informasiya və intellektual sistemlərin qurulmasına hazır olmaq; (PK-32)
COMPETENCY-26030
Beynəlxalq rabitədə həyata keçiriləcək təchizat layihələrinin idarə edilməsinə dair biliklərə sahib olmaq, layihələrə aid qərar və proseslərin nəticələrini qabaqcadan proqnozlaşdırmağı və bu məsələlərə dair strateji yanaşma hazırlamağı bacarmaq; (PK-33)
COMPETENCY-45561
Beynəlxalq və milli standartlara uyğun olaraq beynəlxalq ticarət və logistika ilə məşğul olan müəssisələrin fəaliyyəti ilə bağlı normativ və metodiki sənədləri, hesabatları hazırlamağı və təqdim etməyi bacarmaq; (PK-34)
COMPETENCY-59520
Azərbaycan iqtisadiyyatının beynəlxalq bazarlarda iştirakının müasir vəziyyəti, problemləri və perspektivləri, eləcə də ticarət tərəfdaşları haqqında biliklərə sahib olmaq; (PK-35)
COMPETENCY-56170
Beynəlxalq biznes, xarici bazarlarda fəaliyyət göstərməyin yolları və strategiyaları ilə bağlı biliklərə sahib olmaq; (PK-36)
COMPETENCY-75291
Beynəlxalq şirkətlər, onların idarə edilməsi, inkişafı və beynəlxalq rəqabət aparması metodları haqqında, eləcə də beynəlxalq istehsalın təşkili və beynəlxalq təchizat zəncirlərinə inteqrasiya metodları haqqında biliklərə sahib olmaq; (PK-37)
İxtisas səriştələri· 22
COMPETENCY-45096
1.İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
COMPETENCY-74302
2.İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
COMPETENCY-57242
3.Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
COMPETENCY-59325
4.Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
COMPETENCY-52705
5.İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
COMPETENCY-37540
6.Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə.
COMPETENCY-93027
7.Şəkil bir qədər bulanıq olduğu üçün bəzi sözlər tam seçilmir. Oxuna bilən mətn aşağıdakı kimidir:
COMPETENCY-34533
8.Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
COMPETENCY-64766
9.Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və əldə bilmək qabiliyyətinə;
COMPETENCY-45204
10.Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
COMPETENCY-18287
11.Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
COMPETENCY-80032
12.Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
COMPETENCY-94775
13.Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özüzərində işləmək bacarığına;
COMPETENCY-74032
14.Mürəkkəb sistemləri təhlil etmək, əlaqələri aşkar edib dərk etmək, müxtəlif sahələrdə və fərqli səviyyələrdə sistemlər arasında əlaqə prinsiplərini dərk etmək, qeyri-müəyyən şəraitdə fəaliyyət göstərmək bacarığına (sistemli düşüncə kompetensiyası);
COMPETENCY-49290
15.Gələcəyin mümkün, ehtimal edilən və arzu olunan fərqli variantlarını dərk etmək və qiymətləndirmək qabiliyyətinə, gələcək haqqında aydın fikir formalaşdırmaq, fəaliyyətin mümkün nəticələrini qiymətləndirmək, risk və baş verən dəyişiklikləri nəzərə almaq qabiliyyətinə (proqnostik kompetensiya);
COMPETENCY-12891
16.Yerli və daha yüksək səviyyələrdə davamlılığın təmininə və yüksəldilməsinə yönəldilmiş novator qərarların kollektiv işlənməsi və gerçəkləşdirilməsi bacarığına (strateji baxış kompetensiyası);
COMPETENCY-26124
17.Başqalarından öyrənmək, digərlərinin tələbatlarını, fikirlərini və hərəkətlərini anlamaq, əməkdaşlıq qrupunda yaranan konfliktləri həll etmək, problemlərin həllinə yönəlik kollektiv və çoxtərəfli əməkdaşlıqda iştirak bacarığına (kollektiv iş kompetensiyası);
COMPETENCY-22773
18.Qəbul edilmiş norma, yanaşma və fikirləri təhlil etmək, öz baxışlarını və başqalarının fikirlərini qiymətləndirmək, davamlı inkişaf məsələləri ilə bağlı müzakirələrdə öz mövqeyini müdafiə etmək qabiliyyətinə (kritik düşüncə kompetensiyası);
COMPETENCY-63107
19.Cəmiyyətdə öz rolunu kritik qiymətləndirmək bacarığına (özünüdərketmə kompetensiyası);
COMPETENCY-17873
20.Mürəkkəb problemlərin həlli məqsədilə problemə yönəlik fərqli yanaşmalardan istifadə bacarığına, situasiyalara kompetensiyalar əsasında kompleks və ədalətli qərarlar qəbul etmək bacarığına (problemin həlli kompetensiyası);
COMPETENCY-22680
21.Fərqli baxış və yanaşmaları dərk edilməsinə və kompleks təhlili, geniş inteqrasiya və dünyada artan müxtəlifliyin fərqli perspektivlərinin ümumiləşdirilməsi bacarığına (multikultural yanaşma və açıqlıq);
COMPETENCY-48010
22.Sahələrarası yanaşmaların formalaşdırılması və tətbiqi bacarığına (sahələrarası kommunikasiya).